Cümə, 17 May

Avropa "iPhone" satışını qadağan edə bilər: Problem nədir?

image

Avropa Komissiyasının sözçüsü Thierri Breton “Apple”a xəbərdarlıq edib.

Xəbər verilir ki, buna səbəb şirkətin sertifikatlaşdırılmamış USB-C kabellərinin doldurulma sürətini və digər funksiyalarını məhdudlaşdırmasıdır.

Məlumata görə, əgər şirkət bu addımları atarsa Avropa ölkələrində “iPhone” satışı qadağan olunacaq.

Bu qadağa yalnız yeni qanunvericilik qüvvəyə mindikdən sonra, yəni 2024-cü ilin sonunda qüvvəyə minəcək.

Bildirilir ki, 2023-cü ildə “Apple” yeni “iPhone 15” modelini təqdim edəcək. Bu smartfonlarda “Lightning” əvəzinə USB-C konnektorunun olması ilə əvvəlki telefonlardan fərqlənəcək. “Apple”ın bu dəyişikliyi smartfonların 2024-cü ilin oktyabrında qüvvəyə minəcək yeni Aİ qanunvericiliyinə uyğun olmasını təmin etmək üçün edəcəyi güman edilir..

Aksessuar satışından əldə edilən gəliri saxlamaq üçün isə “Apple”ın sertifikatlı USB-C kabellərini buraxdığı bildirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58